Britaniya səfiri Cəbrayıldan paylaşım etdi

6-02-2021, 14:56

Britaniya səfiri Cəbrayıldan paylaşım etdi


Böyük Britaniyanın ölkəmizdəki diplomatik missiyasının başçısı Cəbrayıla səfər haqqında paylaşım edib.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp "Twitter" səhifəsində Qarabağın işğaldan azad olunmuş bölgələrinə səyahətlə bağlı paylaşım edib.
"Bu gün işğaldan azad olunmuş ərazilərdəyəm. Bu Cəbrayıldır", - deyə paylaşımda ifadə olunub. Həmçinin Cəbrayıl şəhərindən foto da paylaşıma əlavə olunub.
Qeyd edək ki, bu gün Azərbaycanda olan diplomatik korpus nümayəndələri Hikmət Hacıyevin müşayiəti ilə Cəbrayıl və Zəngilana səfər ediblər.




Facebook'da Paylaş