Özbəkistan Prezidentindən qəti mövqe: “Avrasiya İttifaqına üzv olmayacağıq”

21-01-2020, 12:49

Özbəkistan Prezidentindən Rusiyaya qəti mövqe: “Avrasiya İttifaqına üzv olmayacağıq”

Özbəkistan Avrasiya İttifaqına üzv olmaq niyyətində deyil, o, müşahidəçi statusuna sahib olmaq istəyir.
Bunu Özbəkistan Prezidenti Şövkət Mirziyayev Senatdakı iclasda çıxışı zamanı deyib.
“İnteqrasiya barədə fikrimizi deməyə izn verin. Bizim vətəndaşlarımızın çoxu xarici ölkələrdə işləyir. Qazaxıstan və Rusiyada çalışırlar. Biz buna diqqət yetirməyə bilmərik. Bir şeyi bilin: Heç kim heç vaxt kiməsə müstəqilliyini verməyəcək. Müstəqillik xalqın güvəndiyi prezidentin əlindədir. Biz bu ittifaqa üzv olmayacağıq. Daşkənd müşahidəçi statusuna üstünlük verir”, – deyə o bildirib. (axar.az)




Facebook'da Paylaş