Güney Azərbaycandan Türkiyəyə dəstək

10-10-2019, 18:13

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında terrorçulara qarşı başlatdığı əməliyyatı dəstəkləyir.
Eurasia Diary xəbər verir ki, bu barədə sözügedən təşkilatın yaydığı bəyanatda bildirilir. Bəyanatda qeyd olunur ki, Suriyada illərdən bəridir davam edən daxili savaşlar bölgədə çoxsaylı terror qruplarının da yaranmasına gətirib çıxarıb: “Bu savaş nəticəsində Türkiyə Suriyadan 4 milyon qaçqın qəbul edib. Eyni zamanda, sərhədində terror təşkilatlarının yuvalanması Türkiyə üçün həm təhlükəsizlik, həm də torpaq bütövlüyü baxımından ciddi qayğılar yaratmaqdadır”.
Bəyanatda bildirilir ki, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi Türkiyənin başlatdığı əməliyyatı bölgədə təhlükəsizliyin təmin edilməsi, sülhün bərqərar olması üçün vacib hesab edir  və dəstəkləyərək Türk ordusuna zəfər diləyir.

 




Facebook'da Paylaş