ABŞ PKK-nın terrorçu təşkilat statusunu təsdiqlədi

2-03-2019, 19:52



Birləşmiş Ştatlar Kürd Fəhlə Partiyasını (PKK) terror qruplaşması hesab edir.
Ordum.az “Report”a istinad edərək xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 1 mart tarixli bəyanatında deyilir.
Bildirilir ki, partiya 1997-ci ildən ABŞ-ın anti-terror siyahısındadır.
Türkiyə və bir sıra qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən PKK kürd muxtariyyəti yaratmaq niyyətindədir. Ankara bunu öz ərazi bütövlüyü üçün təhlükə kimi görür və PKK-nı terror təşkilatları sırasına aid edir.
PKK-nın fəaliyyəti Türkiyə ilə yanaşı, Azərbaycan, İraq, Qazaxıstan, Moldova və Yeni Zelandiyada da qadağan edilib.




Facebook'da Paylaş