Pentaqon rəhbəri: “Ukrayna üzərində uçuşsuz zonanın tətbiqi ABŞ-ın Rusiya ilə müharibə təhlükəsi yarada bilərdi

3-03-2022, 10:15

Pentaqon rəhbəri: “Ukrayna üzərində uçuşsuz zonanın tətbiqi ABŞ-ın Rusiya ilə müharibə təhlükəsi yarada bilərdi

"Ukrayna üzərində uçuşsuz zonanın elan edilməsi ABŞ-ın Rusiya ilə müharibə təhlükəsi yarada bilərdi".

Ordum.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

“ABŞ Prezidenti Cozef Bayden aydın şəkildə başa saldı ki, ABŞ qoşunları Ukraynada Rusiya ilə döyüşməyəcək. Uçuşsuz zonanın tətbiqi Rusiya təyyarələri ilə toqquşmanı qaçılmaz edərdi. Bu isə bizim üçün Rusiya ilə müharibə təhlükəsi yarada bilərdi”, - o vurğulayıb.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xarkovun atəşə tutulmasından sonra Qərbin Rusiya raketləri, təyyarələri və helikopterləri üçün uçuşsuz zona yaratmaq barədə düşünməli olduğunu demişdi. NATO-nun Baş katibi Yens Stoltenberq isə alyans qüvvələrinin Ukrayna üzərində uçuşsuz zonanın tətbiqini istisna etmişdi.




Facebook'da Paylaş