Pentaqon rəhbəri: "NATO şərq cinahını gücləndirməyə davam edəcək

18-02-2022, 20:18

Pentaqon rəhbəri: "NATO şərq cinahını gücləndirməyə davam edəcək

"NATO Rusiyanın hərəkətlərinə cavab olaraq şərq cinahını gücləndirməyə davam edəcək".

Ordum.az"Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin Varşavada polşalı həmkarı Mariuş Blaşak ilə birgə mətbuat konfransında bildirib.

“Rusiya Prezidenti Vladimir Putinin istəmədiyi şey NATO-nun güclənməsidir, o, məhz bunu görəcək”, - ABŞ müdafiə naziri deyib.

Ostin Moskva ilə gərginlik şəraitində Polşanın Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə dəyərli töhfəsini qeyd edib.

Pentaqon rəhbəri Rusiyanın Ukraynaya müdaxiləsi halında Polşa sərhədlərinə on minlərlə qaçqının axını ehtimalına da işarə edib.

"Böhranın həllində diplomatiya üçün hələ vaxt var", - L.Ostin əlavə edib.




Facebook'da Paylaş