Ukrayna ABŞ-dan silah tədarükünün artırılmasını istəyir

20-11-2021, 09:30

Ukrayna ABŞ-dan silah tədarükünün artırılmasını istəyir

Ukrayna və ABŞ strateji müdafiə potensialının artırılması ilə bağlı razılıq əldə olunub.

Ordum.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Razılıq Ukraynanın müdafiə naziri Aleksey Reznikovun ABŞ-a səfəri zamanı əldə edilib.

Tərəflər 2021-ci ilin avqust sazişləri çərçivəsində Ukraynanın müdafiə potensialının artırılmasına dair razılığa gəliblər.

Bundan əvvəl "Bloomberg" agentliyi Reznikovun silah tədarükünü artırmaq, havada və dənizdə müdafiəyə yardım göstərmək istəyini bildirib. O, Pentaqon rəsmiləri ilə görüşləri zamanı müzakirə olunan mövzulara toxunaraq, "Biz səmamızı və dənizimizi örtməliyik" deyib.

Reznikov, həmçinin ABŞ-dan silah tədarükünün artırılmasını istəyib.

Qeyd edək ki, Ukraynanın yeni müdafiə naziri Vaşinqtonda Pentaqon rəhbəri Lloyd Ostin və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb.




Facebook'da Paylaş