Türkiyə və Qətər hərbi təlimlə bağlı əməkdaşlığın artırılmasını müzakirə edib

11-11-2021, 10:39

Türkiyə və Qətər hərbi təlimlə bağlı əməkdaşlığın artırılmasını müzakirə edib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Qətərin müdafiə naziri Xalid bin Məhəmməd əl-Atiyyə ilə görüşüb.

Ordum.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş İstanbulda baş tutub. Tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Eyni zamanda, Türkiyə və Qətər qarşılıqlı hərbi təlimlə bağlı əməkdaşlığın artırılması müzakirə olunub.




Facebook'da Paylaş