Kreml NATO-nun Baş katibinə cavab verib

19-02-2022, 13:54

Kreml NATO-nun Baş katibinə cavab verib

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov NATO-nun çağırışlarına cavab verib.
Ordum.az “RİA Novosti”yə istinadən bildirir ki, o, Qərbin gərginliyi məqsədli şəkildə artırmaq istədiyini deyib.

“ABŞ və NATO-nun Ukrayna ilə bağlı informasiya siyasəti yalanlarla doludur. Rusiya kimisə təhdid etmir. Qərbin bəyanatları Rusiya sərhədləri yaxınlığına daha çox NATO qoşunlarının yerləşdirilməsi üçün bəhanədir”, - o vurğulayıb.




Facebook'da Paylaş