Rusiyada zavod partladı

31-08-2018, 14:50

 

Rusiyanın Nijni Novqorod vilayətində Sverdlov adına müdafiə sənayesi zavodunda partlayış baş verib.
Ordum.az TASS agentliyinə istinadla xəbər verir ki, iş prosesi zamanı sexlərdən birində baş verən partlayışda 3 nəfər həyatını itirib.
Hüquq mühafizə orqanlarından verilən məlumata görə daha 3 nəfər itkin düşüb. Hazırda onların axtarışı gedir.
4 nəfərin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Partlayışdan sonra güclü yanğın başlayıb və 100 kvadratmetrlik ərazini əhatə edib.
Qeyd edək ki, Sverdlov adına zavod Rusiyada partladıcı maddələr və detonatorların istehsalı üzrə ən nəhəng komplekslərdən biridir.




Facebook'da Paylaş