Ordum.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının vəsaiti ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər və unudulmayan tarix filminin çəkilməsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində “1918-ci il hadisələri -UNUDULMAYAN TARİX” sənədli filmi çəkilib.
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin verdiyi məlumata görə, 1918-ci ildə azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımların tədqiqatını 10 ilə yaxın müddətdə aparıb. Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı iki dildə çap olunub. Bu il kitabın mövzusuna uyğun “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdib. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtilə (2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub.
Filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru, Mübariz Nağıyevdir.
“1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” filmi 25 iyul saat 11-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının geniş zalında təqdim olunacaq.
Ünvan: Bakı, Nərimanov Kaveroçkin küçəsi 34, Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi. Respublika Hərbi Prokurorluğunun yanı.