MN: "Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib"

16-11-2021, 15:11

MN: "Ermənistan silahlı qüvvələrinin döyüş vasitələri məhv edilib"

Ermənistan tərəfinin törətdiyi təxribata cavab olaraq qarşı tərəfə məxsus tank əleyhinə qurğu və minaatan məhv edilib.

Bu barədə Ordum.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərhəddə vəziyyət gərgin olaraq qalmaqdadır, hazırda döyüş əməliyyatları davam edir.

"Müdafiə Nazirliyi sərhəddəki vəziyyətlə bağlı ictimaiyyəti mütəmadi olaraq məlumatlandıracaq", - məlumatda vurğulanıb.




Facebook'da Paylaş