Türkiyə Silahlı Qüvvələrinin Suriyada apardığı “Bahar qalxanı” hərbi əməliyyatları zamanı Bəşər Əsəd rejiminin açdığı atəş zamanı 2 qəhrəman türk əsgəri şəhid olub, 6 -sı yaralanıb.
Ordum.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, bölgədə təsbit olunan hədəflər dərhal atəşə tutulub:
“Hədəflər vurulmağa davam etməkdədir. Həyatını itirmiş əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələri ilə millətimizə başsağılığı və səbr, yaralı hərbçilərimizə şəfalar diləyirik.
Şəhidlərimizin qanını heç bir zaman yerdə qoymadıq, bundan sonra da qoymayacağıq!”
Məlumatda qeyd olunub ki, “Bahar qalxanı” hərəkatının başlandığından bu yana 3 təyyarə, 8 helikopter, 3 PUA, 151 tank, 47 top, 52 ÇNRA, 8 havadan müdafiə raket sistemi, 12 tank əleyhinə silah, 4 minaatan, 24 zirehli maşın, 27 zirehli döyüş maşını, 34 silahlı aparat, 60 hərbi vasitə və 10 silah-sursat anbarı məhv edilib, 3138 Rejim ünsürü zərərsizləşdirilib.
“Mehmetçiyə və günahsız mülki insanlara uzanan qanlı əllər qırılana qədər əməliyyatlarımız davam edəcəkdir”, - deyə Nazirliyin məlumatında bildirilib.