Bu gün Vətən müharibəsində qəhrəmanlıq göstərərək Şəhid olan Nicat Abdullayevin anım günüdür.
Ordum.az xəbər verir ki, Abdullayev Nicat Mirnəbi oğlu 4 sentyabr 1995-cı ildə Saatlı rayon Seyidlər kəndində doğulub. İlk təhsilini Saatlı rayonunda Səməd Vurğun adına məktəbdə alıb. Sonradan Bakıya köçdüyü üçün təhsilini Sulutəpə qəsəbəsində yerləşən 10 saylı tam orta məktəbdə davam etdirib. Musiqiyə böyük həvəsi olan Nicat Xırdalanda saz ixtisası üzrə musiqi məktəbini bitirib. Hərbi xidmətini Gəncədə başa vurduqdan sonra elə musiqi sahəsində çalışmağa başlayır, toylarda, el məclislərində çıxış edir.
II Qarabağ müharibəsində ilk günlərdən cəbhəyə yollanıb, Füzulidə, Cəbrayılda döyüş yolu keçib. Oktyabrın 9-da Füzuli istiqamətində gedən ağır döyüşlərdə şəhidlik zirvəsinə ucalan Nicat oktyabrın 29-da Saatlı rayon Seyidlər kəndində dəfn olunub. Şəhadətindən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medallarıyla təltif olunub.
Allah rəhmət eləsin!