Türkiyə Prezidenti: “Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır”

21-10-2021, 14:45

Türkiyə Prezidenti: “Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır”

“Zəngəzur dəhlizinin açılması ilə bağlı mövqeyimiz eyni olaraq qalır”.

Ordum.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

O, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi üçün Türkiyənin Azərbaycanda verdiyi dəstəkdən də danışıb.

Dövlət başçısı bildirib ki, Azərbaycana minatəmizləmə fəaliyyəti ilə bağlı texnikalar veriblər və bu proses davam edəcək: “Minatəmizləmə əməliyyatları zamanı texnikalar sözünü deyə bildi”.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlarda Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına gedən yolun - Zəngəzur dəhlizinin açılması nəzərdə tutulub. Türkiyə dəhlizin açılması ilə bağlı Azərbaycanın mövqeyini tam dəstəkləyir.




Facebook'da Paylaş