Türkiyənin mövqeyi dəyişməzdir

15-06-2021, 07:57

Türkiyənin mövqeyi dəyişməzdir


Türkiyənin S-400-lə bağlı mövqeyi dəyişməz olaraq qalır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Vaşinqton arasındakı fikir ayrılıqları kontekstində olmaqla ABŞ prezidenti ilə görüşün nəticələrini şərh edib. Türkiyə prezidenti bildirib:
"Türkiyənin S-400 tədarükü ilə əlaqədar mövqeyi dəyişməz olaraq qalır. Ölkəmizin mövqeyini cənab Prezident Cozef Baydenin diqqətinə çatdırdım. Eyni şey F-35 proqramına da aiddir. İki müttəfiqə və strateji tərəfdaşa layiq olan şəkildə Bayden ilə səmərəli və müntəzəm olaraq birbaşa dialoq kanallarından istifadə barədə razılığa gəldik ”.
Ərdoğan qeyd edib ki, Türkiyə-ABŞ münasibətlərində həlli olmayan bir problem yoxdur. O bildirib ki, iki ölkə arasındakı əməkdaşlığın miqyası fikir ayrılığından daha geniş və dəyərlidir.




Facebook'da Paylaş