Ərdoğan Şimali Kiprə gedir

15-11-2020, 08:44

Ərdoğan Şimali Kiprə gedir

Ərdoğan Şimali Kiprə gedir: Tatarla görüş olacaq
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün-noyabrın 15-də Şimali Kiprə səfər edəcək.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə bildirilir ki, Ərdoğan Şimali Kiprin yaranmasının 37-ci ildönümü münasibətilə təşkil ediləcək mərasimlərə qatılacaq. Bundan başqa, Türkiyə lideri Şimali Kipr Prezidenti Ərsin Tatarla görüşəcək.
Görüşdə iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi üçün atılacaq addımlar, Kipr məsələsi və Şərqi Aralıqla bağlı son proseslər müzakirə ediləcək.




Facebook'da Paylaş