Ordudakı türk hərbçilərin Azərbaycana dəstəyi İranda narahatlıq yaratdı

3-10-2021, 09:15

Ordudakı türk hərbçilərin Azərbaycana dəstəyi İranda narahatlıq yaratdı

İranın təhdidləri qarşısında Güney Azərbaycandan Azərbaycan Respublikasına verilən dəstək İranda narahatlıq yaradıb.
Qərbi Azərbaycan əyalətinin torpaqlarına iddia edən radikal kürd qruplaşmalar İrana dəstək nümayiş etdirməklə yanaşı Azərbaycan və Türkiyə cümhuriyyətlərinə qarşı təbliğat aparmağa başlayıblar. Qruplaşmaya məxsus olan “Urmiyə2” teleqram kanalında Qərbi Azərbaycan “Urmiyə əyaləti” kimi təqdim edilib. Bundan başqa Güney azərbaycanlıları və İran ordusunda qulluq edən türk hərbçiləri “Əliyev və Ərdoğanın 5-ci kolonu” adlandırıb, onlara qarşı ciddi ölçü götürülməsini təlbə ediblər:
“Ərdoğan və Əliyevin İran ordusunda qulluq edən "beşinci kolonu" Urmiyə əyalətinin şimalında keçirilən hərbi təlimlərdə "boz qurd" işarəsi tutaraq boy göstərdilər. "Pantürkistlər İran ordusunda olan bu türk hərbçilərə və Türkiyənin dəstəyinə söykənərək İslam Cümhuriyyəti devrildikdən sonra Urmiyə əyalətində olan kürdləri qətliam etmək istəyirlər. Onlar bununla Türkiyə ilə Azərbaycanı qurudan birləşdirməyi planlaşdırırlar”-paylaşımda belə qeyd olunur.

Qeyd edək ki, oktyabrın 1-də İran ordusunun Azərbaycan Respublikası ilə sərhəddə təlimlərə başlamasından, İran rəsmilərinin Azərbaycana qarşı təhdidlərindən sonra Güney Azərbaycanda geniş aksiyalar başlayıb. Müxtəlif şəhərlərdə divarlara milli məzmunlu şüarlar yazılıb və Azərbaycana dəstək ifadə olunub. Sosial mediada Azərbaycan Respublikasına dəstək və İran hökumətinin təhdidlərinə etiraz olaraq “Biz Azərbaycanın özüyük” adı altında kampaniya başlanılıb.
İran ordusunda və Daxili İşlər Nazirliyində qulluq edən hərbçi və polislər Bozqurd işarəsi göstərərək fotolar çəkdirib, yayıb və Azərbaycanın yanında olduqlarını bildiriblər.




Facebook'da Paylaş