Araz qırağı hərbi təlimlərdə insident:

3-10-2021, 07:46

Araz qırağı hərbi təlimlərdə insident:


Araz qırağı hərbi təlimlərdə insident: İran helikopteri raketlə öz ordularına aid hərbi texnikanı vurdu
İran Silahlı Qüvvələrinin Azərbaycan Respublikası ilə sərhəddə oktyabrın 1-dən başlanmış hərbi təlimləri davam edir.
“Xeybər fatehləri” adlı hərbi təlimlərə zirehli bölmələr, toplar, PUA -lar, hərbi helikopterlər qatılıb.
Güney Azərbaycandan Ordum.az-a verilən məlumata görə, bu gün günorta saatlarında Azərbaycanın Naxçıvan Muxtar Respublikasına yaxın ərazidə keçirilən təlimlər zamanı insident baş verib.
Çulfa su anbarı yaxınlığında helikopterlərin də qatıldığı təlim zamanı yanlış atəş İran ordusunun texnikasını sıradan çıxarıb.
Məlumata görə, helikopterlər döyüş raketlərindən istifadə edib. Helikopterlərdən atılan raket yerüstü hərbi texnikaya dəyib. Hərbçilərdən ən azı 3 nəfərin ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir neçə hərbçinin şikəst olduğu xəbər verilir. Məlumatda bildirir ki, bu hadisə İran ordusunda təlaş yaradıb.
Hərbçilər hərbi texnikanın Azərbaycan ordusu tərəfindən vurulduğunu zənn edib.
Sonra İran ordusunun hərbi komandanlığı hadisənin özlərinə məxsus helikopterdən açılan yanlış atəş nəticəsində baş verdiyini bildirib.




Facebook'da Paylaş