Sülhməramlılarla insident

10-09-2021, 06:49

Sülhməramlılarla insident

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarla erməni hərbçilər arasında silahlı insident olub.
Sosial şəbəkələrin erməni seqmentində yayılan məlumata görə, münaqişəyə səbəb rusiyalı sülhməramlıların Ağdərə rayonu istiqamətində ermənilərin quraşdırdığı postlardan birinin sökülməsini tələb etmələri olub. Sülhməramlıların tələbini yerinə yetirməkdən boyun qaçırdıqlarına görə erməni hərbçilərilə münaqişə yaranıb. Münaqişə yaransa da, rusiyalı sülhməramlılar postu söküblər.
Lakin ermənilər həmin ərazinin minalandığını Rusiyanın sülhməramlı kontingentinin mənsublarına bilərəkdən deməyiblər. Nəticədə sülhməramlılardan iki əsgər piyada əleyhinə minalara düşərək ağır yaralanıblar. Yaralılar Xankəndindəki hospitala aparılıblar.
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanlığı olayı araşdırır.




Facebook'da Paylaş