Erməni hərbçilər GERİ ÇƏKİLDİLƏR

18-08-2021, 13:30

Erməni hərbçilər GERİ ÇƏKİLDİLƏR


Qarabağdakı erməni separatçıları Şuşa rayonunun Sarıbaba (ermənilər Yextsaoq deyirlər) kəndi ilə bağlı yeni məlumat yayıblar.
Ermənistan mətbuatının verdiyi məlumatda erməni hərbi qulluqçuların adı çəkilən kəndi tərk etdikləri bildirilir.
Özünü həmin kəndin rəhbəri adlandıran Artak Hakobyan bildirib ki, hazırda yaşayış məntəqəsi müdafiəsiz qalıb:
“Azərbaycanlıların da 3 kilometr geri çəkilməsi üçün əsgərlərimizin mövqelərindən uzaqlaşdırıldığı barədə söz-söhbət dolaşır. Ancaq indi baş verən tək şey yalnız bizim hərbçilərimizin mövqeləri tərk etməsi və azərbaycanlıların hələ də yerlərində dayanmalarıdır”.
Onun sözlərinə görə, rus sülhməramlıları kəndi qorumaq üçün müəyyən müddətə gəliblər, lakin sonra ayrılıblar və bir daha geri qayıtmayıblar.




Facebook'da Paylaş