“Minsk qrupunun vasitəçilik missiyasına necə və hansı şəraitdə yenidən başlaması məsələsi açıq olaraq qalır” - Tarasov
“ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatla çıxış ediblər”.
Ordum.az xəbər verir ki, bunu qafqazşünas, tarix elmləri namizədi Stanislav Tarasov deyib.
Tarasovun sözlərinə görə, həmsədrlər bildiriblər ki, Nyu-Yorkda BMT-nin Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naizri Ararat Mirzoyan arasında görüş baş tutub.
“Qarabağ məsələsini həll etmək üçün Minsk qrupunun vasitəçilik missiyasına necə və hansı şəraitdə yenidən başlaması məsələsi açıq olaraq qalır. Aydındır ki, tərəflər ATƏT-in Minsk qrupunun fəaliyyətini keçmiş formatda yenidən başlatmaq zərurəti ətrafında razılığa gəlməsəydilər, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş və danışıqlar baş tutmazdı”, - deyə Tarasov qeyd edib.
O bildirib ki, Minsk qrupunun aktivləşməsi xarici oyunçular, ilk növbədə Minsk qrupuna həmsədrlik edən ölkələrin səyləri ilə bağlı olan müəyyən pərdəarxası proseslərlə əlaqəli ola bilər.
“Qarabağ müharibəsinin ikinci mərhələsinin nəticələrindən sonra Rusiya birinci plana düşüb. Moskva atəşkəs rejimində həlledici rol oynayıb. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri prosesə başlayıblar, lakin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Qarabağ məsələsinin həlli ilə bağlı danışıqların yeni mərhələsinin nə dərəcədə səmərəli ola biləcəyini söyləmək çətindir”, - deyə Stanislav Tarasov qeyd edib
Facebook'da Paylaş