Elxan Şahinoğlu: Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlaması faydalıdır.

25-09-2021, 13:13

Elxan Şahinoğlu: Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlaması faydalıdır.


BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Ermənistanın təşəbbüsü ilə xarici işlər naziri Ceyhun Bayramovun erməni həmkarı Ararat Mirzoyanla görüşü olub. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak ediblər. Bu, müharibədən keçən 9 ayda xarici işlər nazirlərinin ilk görüşüdür. Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının sessiyasında videoformatda çıxışı zamanı deyib ki, Azərbaycanla konstruktiv dialoqa hazırdır. Paşinyan bildirib ki, 10 noyabr bəyanatının 9-cu bəndinə istinad edərək regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edir. Paşinyan eyni zamanda bölgədə dinc inkişafın vacib şərtlərindən biri kimi iqtisadi əlaqələrin qurulmasını və Türkiyəni Ermənistanla birləşdirən dəmir yolunun açılmasını vacib hesab edib.
Nikol Paşinyan artıq neçənci dəfədir ki, dialoqdan, əlaqələrin bərpasından, kommunikasiya xətlərinin açılmasından, bir sözlə sülh və sabitlikdən danışır. Azərbaycan da bunu istəyir. Paşinyanın sülh və əməkdaşlıqda nə qədər istəkli olduğunu danışıqlarda müəyyənləşdirmək olacaq. Bu baxımdan Bakı ilə İrəvan arasında müxtəlif səviyyələrdə birbaşa danışıqların başlaması faydalıdır. Biz heç nə itirmirik. Əgər İrəvan danışıqlardan vaxtı uzatmaq məqsədilə istifadə edəcəksə, danışıqlara fasilə veriləcək, bu isə Ermənistanın problemlərini artacaq.




Facebook'da Paylaş