"27 sentyabr tarixi millətin yenidən doğulduğu gündür."

27-09-2021, 19:49

"27 sentyabr tarixi millətin yenidən doğulduğu gündür."

İlham Məmmədli

27 sentyabr tarixi millətin yenidən doğulduğu gündür. Düz 1 il öncə bu gün bizlərə yenidən yaşamaq stimulu verildi.
Hər birimiz bu hissləri fərqli yaşasaq da niyyət eyni idi. Torpaqlarımız azad olunsun. Tanrı dualarımızı eşitdi. Allahdan cəmi şəhidlərimizə sonsuz rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Tanrı dövlətimizi və millətimizi qorusun. Bu sətirlər də elə o günün xatirəsidi.

Ya Qarabağ, ya ölüm!

Vur qoçum, vur, dağıt keç yağı düşmən səddini,
Göstər qarı düşmənə öz yerini, həddini.
Aman vermə bir daha hay düzəltsin qəddini,
Qəsbkarın yuvasın öz başına yıx artıq,
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!


Qarabağın gözləri neçə vaxtdı yoldadı,
Millətin otuz ildi başı qeylü-qaldadı,
Öz qanında boğ indi, yavrum, qanlı cəlladı,
Sənə zirvə yaraşır, zirvələrə çıx artıq,
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!


Bu gün qoca Murovun qaməti də dikəlib,
Onun polad qəlbinə neçə dağlar çəkilib,
Sənin ayaq səsindən daşnak iti əkilib,
Yurdun şanlı bayrağın Şuşamıza tax artıq,
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!

Qızıldı Qarabağın hər qarışı, hər daşı,
İllərdi qurumayır Tərtərimin göz yaşı.
Yurdlarımız gözləyir, doğma eli, yurddaşı,
Bu həsrətin, ağrının axırına çıx artıq,
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!


Yoluna göz dikibdi Pənah xanın Xankəndi,
Gücünü xalqdan alıb nə dayanıb, nə təngi,
Göstər bu qart dünyaya yeni döyüş, türk cəngi,
Soysuzların üstünə qasırğa tək ax artıq,
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!




Facebook'da Paylaş