Şəhid əmisinin Prezidentə məktubu

8-11-2020, 21:26

Şəhid əmisinin Prezidentə məktubu
Qardaşı oğlu şəhid olan yazıçı, Prezident təqaüdçüsü Etibar Muradxanlı Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.
Sosial şəbəkələrdə böyük qürur və təqdirlə qarşılanan müraciəti təqdim edirik:

“Cənab Prezident, Cənab Ali Baş Komandan!
Dünən qardaşım oğlu, xüsusi təyinatlılarının komandosu kapitan Əliqismət Yaqublu Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına ŞƏHİD oldu.
Oğlum Cahid də ön cəbhədə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edir. Sabah o da ŞƏHİD ola bilər. Əgər ŞƏHİD olarsa, mən, qardaşım, yaxınlarım, Lerik rayonumuz və kəndimiz Əliqisməti necə mərd-mərdanə qarşıladıqsa, onu da elə qarşılayacağıq!
Mən özüm də orduya yazılmışam. İstənilən vaxt döyüşlərə qatılmağa və ŞƏHİDLİK zirvəsinə ucalmağa hazıram. Mənim cəsədimi də ailəm və el-obam şərəflə qarşılamağa hazırdır.
Yetər ki, Siz durmayın!
Yetər ki, Siz sona qədər “İrəli” deyin!
Yetər ki, birliyimiz pozulmasın!
Biz bu acını yaşadıq, qoy gələcək nəsillər ŞƏHİD halvasının acısını dadmasın.
Biz müharibə istəmirik. Amma bizi müharibəyə çəkənləri, torpaqlarımızı işğal edənləri və bu işğalda işğalçılara dəstək verənləri cəzalandırmağı da bacarırıq.
Siz bunu artıq göstərdiniz. Bu gün bir sıra beynəlxalq dövlətlər antiazərbaycan təbliğatına başlayıb. Əminəm ki, İRADƏNİZ VƏ XALQIMIZIN MÜBARİZƏ ƏZMİ bütün bu hücumların qarşısını layiqincə alacaq və ORDUMUZUN cəbhədə göstərdiyi RƏŞADƏTİ həmişə olduğu kimi, ikinci cəbhədə də göstərəcəkdir.
Ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq!
Qarabağ Azərbaycandır!




Facebook'da Paylaş