HƏMASDAN İsrailə savaş çağırışı

26-09-2021, 16:40

HƏMASDAN İsrailə  savaş çağırışı

HƏMAS qruplaşması İordan çayının Qərb sahilində İsrail ordusuna qarşı mübarizə çağırışı edib.
Bu barədə hərəkatın nümayəndəsi Fauzi Barhum deyib.
“Qərb sahilində əlinə silah götürə bilən hər kəs onu düşmən İsrail əsgərinə tuşlamalıdır”, - Barhum bildirib.
Qeyd edək ki, bu gün İsrail təhlükəsizlik qüvvələri Qərb sahilində HƏMAS-a qarşı əməliyyat keçirib. Məlumata görə, əməliyyat nəticəsində 5 fələstinli öldürülüb.




Facebook'da Paylaş