Sisi Haftarı Türkiyəyə dəyişir

26-09-2021, 11:00

Sisi Haftarı Türkiyəyə dəyişir

Sisi Haftarı Türkiyəyə dəyişir
Misir Prezidenti Əbdülfəttah Sisi Türkiyə ilə qarşıdurmaya girmək istəmir. Buna görə də Liviyada qiyamçı marşal Haftara dəstəyini geri çəkməyi planlaşdırır.
Bu barədə “Africa Intelligence” xəbər agentliyi məlumat yayıb.
İddia olunur ki, Haftara uzun müddətdir qeyd-şərtsiz dəstək verən Sisi hazırda ortaq həll variantı üçün danışıqlara hazırdır:
“Sisi Türkiyə ilə birbaşa qarşıdurmaya girməkdən çəkinir və enerjisini başda Efiopiyanın Nil çayı üzərindəki bənd layihəsi olmaqla, digər böhranlara ayırmaq istəyir”.




Facebook'da Paylaş