Ankaranın Krım bəyanatına Rusiyadan cavab

21-09-2021, 15:16

Ankaranın Krım bəyanatına Rusiyadan cavab

Moskva Türkiyə XİN-in Krımdakı seçkini tanımamasından müvafiq nəticələr çıxarır.
Bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Solovyov Live"nin efirində deyib.
Diplomatın sözlərinə görə, Türkiyə Krımın Rusiya Federasiyasının suveren bir hissəsi olduğunu çox yaxşı bilir.
Qeyd edək ki, daha əvvəl Türkiyə XİN Krımda Rusiya Federasiyası Dövlət Dumasının seçkisinin qanuni olmadığını bildirmiş, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamışdı.




Facebook'da Paylaş