Pandemiyanın qalması dünyadakı mafiyalara sərf edir

19-09-2021, 21:00

Pandemiyanın qalması dünyadakı mafiyalara sərf edir


Pandemiyanın qalması dünyadakı mafiyalara, oliqarxlara sərf edir - Azərbaycanlı həkimdən İDDİA
“İndiki pandemiya olmasaydı, bu qədər şpris, bu qədər dərman, bu qədər tibbi avadanlıq, aparaturalar və s. satılacaqdımı? Kim idi məsələn D dimer, ferritin kimi az istifadə edilən analizlərin reagentlərini istifadə edən?”.
Bunu həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov koronavirus pandemiyası baradə danışarkən qeyd edib.
Onun sözlərinə görə, COVID-19 virusunun müalicəsində istifadə edilən məhşur dərmanlar əvvəllər də var idi, amma yaxşı satış olmurdu.
“Vaksin istehsal edənlər üçün pandemiya çoxdan arzuladıqları, göydəndüşmə fürsətdir. Hər ölkə çoxsaylı süni tənəffüs aparatları, cpap maskalar, geyimlər almağa məcbur oldu və s.
Süd verən inəyi, bar verən ağacı kəsərlər heç? Pandemiyanın davam etməsi, bitməməsi təkcə böyük farmakoloji mafiyalara yox, bir çox sahədə çoxsaylı oliqarxlara da sərf edir. Yəni virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var.
Ona görə də siz yaxınlarınızı şəxsən özünüz qoruyun. Əhali sıx olan yerlərə getməyin, ara məsafəsini gözləməyə, gigiyenik qaydalara maksimum əməl etməyə çalışın”,-deyə azərbaycanlı həkim bildirib.




Facebook'da Paylaş