Parisdə COVID pasportu əleyhinə etirazlar

18-09-2021, 20:52

Parisdə COVID pasportu əleyhinə etirazlar

Fransanın paytaxtı Paris şəhərində COVID-19 pandemiyası çərçivəsində qəbul edilən qərarlardan narazı qalan şəxslər növbəti dəfə etiraz aksiyası keçirib.
Küçələrdə toplanan vətəndaşlar “Makron, pasport istəmirik!” şüarını səsləndiriblər.
Artıq 10-cu dəfə keçirilən aksiya iştirakçılaı bu dəfə seyrəlib.
İyul ayında Fransa prezidenti Emmanuel Makron koronavirus pandemiyası ilə mübarizə üçün yeni məhdudlaşdırıcı tədbirlər qəbul edib. Qərara görə, avqustun əvvəlindən etibarən restoranlar, barlar, alış-veriş mərkəzləri, təyyarələr və qatarlarda COVID-19 əleyhinə peyvəndi təsdiq edən pasport və ya mənfi PCR test nəticəsi tələb edilməlidir.




Facebook'da Paylaş