Makron Nikoldan niyə narazıdır?

26-12-2020, 15:21

Makron Nikoldan niyə narazıdır?

Fransa prezidenti Emmanuel Makron Nikol Paşinyandan narazı qalıb.
Ermənistanın “Qraparak” qəzetinin Yazdığına görə, Ermənistanın kapitulasiya aktını imzalamasından bir neçə gün sonra Makron Fransadakı erməni diasporunun üzvləri ilə görüşüb.
Makron baş nazir Nikol Paşinyanın Qarabağ müharibəsi dövründə hərəkətlərindən narazı qalıb.
“Makron müharibənin gedişində bir neçə dəfə Nikola zəng etdiyini, ona öz yardımını təklif etdiyini, sms yazdığını söyləyib. Makron Paşinyanın ona dərhal cavab verdiyini söyləsə də, baş nazirin 1 dəfə də olsun onunla öz təşəbbüsü ilə əlaqə yaratmadığını, yardım istəmədiyini vurğulayıb”-deyə qəzet yazır.
Makron 10 noyabr kapitulasiya aktının imzalanmasından nə əvvəl, nə də sonra Paşinyanın onunla danışmamasından da hiddətlənib.
“Sizcə, bu situasiyada Fransa özünü necə aparmalıdır: Minsk qrupunda qalaraq danışıqlar prosesini dəstəkləməli yaxud Minsk qrupundan çıxaraq Qarabağın müstəqilliyinin tanınmasını dəstəkləməlidir?”- deyə o icma üzvlərinə sual edib.




Facebook'da Paylaş