Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz: “Fransa Senatının davranışı ölkənin daxili siyasətdə erməni lobbisinin təsiri altında qalması ilə bağlıdır. Qətnamənin qəbulunun iqtisadiyyatda və pandemiya ilə mübarizədə uğursuzluqlarının üzərindən diqqətləri başqa istiqamətə çəkmək cəhdləri kimi qəbul edirəm. Buna görə bu məsələyə çox da böyük diqqət ayırmamaq, lakin birliyimizi həm beynəlxalq məkanda, həm də regional platformada yüksək səslə ifadə etmək lazım olduğunu düşünürəm”.
Onun sözlərinə görə, Ermənistanın 1994-cü ildə beynəlxalq səviyyədə tanınmış sərhədləri yoxdur: “Bu, yalan bəyandır. BMT-nin 4 qətnaməsi və ATƏT qanunları çərçivəsində Dağlıq Qarabağ və ətraf ərazilərinin Azərbaycana aid olduğu bəllidir. Fransa hökuməti və Makron bu qətnaməni təsdiq etməz, amma hazırda Avropadakı kiçik ölkələri təhrik etməkdədirlər. 2-3 gün sonra Belçika parlamentində Ermənistanın bu fəaliyyətinə dəstək qərarı verilməsi gözlənilir. Bunlara reaksiya bildirməliyik, amma çox da şişirməməliyik. Yox, hökumət və Makron qətnaməni təsdiq edərsə, səfirlərini diplomatik korpuslara dəvət edərək sorğuya çəkməli, Fransa mallarını boykot etməli, Fransanın Xəzər dənizindəki fəaliyyəti çərçivəsində Azərbaycanda iqtisadi maraqlarını yenidən dəyərləndirməli, türk əsgərlərinin Qarabağda yerləşdirilməsini sürətləndirməli, Pakistan və Türkiyə kimi ölkələrlə ortaq qərarlar və reaksiyalar verməli, Fransa xalqı və ağlı başında olan ziyalılarına haqq davamızın uyğun formada çatdırmalıyıq. Bu mövzunu Rusiya ilə koordinasiyalı şəkildə inkişaf etdirməkdə də fayda var”.
Yücel Karauz bildirib ki, bu qətnamə Fransanın tarixində qara ləkə olacaq. Beynəlxalq miqyasda heç bir ağırlığı yoxdur. Bir teatr oynamaq, gələnilki seçkilərə hazırlıq görmək məqsədilə, uğursuzluqlarını erməni lobbisinin dəstəyi ilə ört-basdır etmək istəyirlər.