Tehran Bakıdan Sürücülərinin buraxılmasını xahiş etdi

19-09-2021, 19:52

Tehran Bakıdan Sürücülərinin buraxılmasını xahiş etdi


Azərbaycanın öz sərhədləri daxilində tətbiq etdiyi gömrük nəzarəti və digər tədbirlər, prinsipiallığı və qətiliyi İranın rəsmi Bakıdan xahiş etməsi ilə nəticələndi. İranın XİN - nin mətbuat katibi Gorus-Qafan yolunda saxlanılan sürücülərin azad edilməsinin Azərbaycandan xahiş edildiyini qeyd etdi.
- Azərbaycanda həbsdə olan iki iranlı sürücünün azad olunması istiqamətində Bakıdakı səfirliyimiz iş aparır.
- Rəsmi Bakıdan saxlanılan sürücülərimizin azad olunmasını, marşrutları üzrə hərəkətlərinin təmin edilməsini və İrana qayıtmalarına köməklik göstərilməsini xahiş edirik.
- Dövlətlərin ərazi bütövlüyü İran üçün önəmlidir.
- İran iki ölkənin gömrük və nəqliyyat qurumlarının nümayəndələrinin görüşünün təşkil edilməsi üçün təklif verib.
- Bu kimi məsələlərin dayanıqlı həlli üçün yaxın günlərdə sözügedən görüş baş tutacaq.




Facebook'da Paylaş