İran mollaları şir olmaq həvəsinə düşüb

19-09-2021, 19:06

 İran mollaları şir olmaq həvəsinə düşüb


"ŞİRİN QUYRUĞU İLƏ OYNAMAYIN" - İrandan Azərbaycana təhdid gəldi.
Azərbaycanın öz sərhədlərində - Gorus-Qafan yolunda nəzarət-buraxılış məntəqəsi qurması İranı özündən çıxarıb.
Qafqaz.media xəbər verir ki, İran yük maşınlarının Qarabağa qeyri-humanitar yük daşımalarının qarşısının alınmasına SEPAH qüvvələri Arazın o tayında hərbi təlim keçirməklə cavab verib.
Təlimlər Horadizin paralelində yerləşən Aslandüzdən İran Culfasınadək əraziləri əhatə edəcək. Horadizdən Mehri rayonuna qədər ərazilərimizin işğaldan azad olunduğunu və təlimlərin də məhz bu ərazidə keçirildiyini nəzərə alsaq, İranın bu addımının Azərbaycanı hərbi müdaxilə ilə təhdid olduğu aydındır.
Maraqlıdır ki, İran bu təhdidini , dilə də gətirib. İran dini lideri Ayətullah Xameneinin nümayəndəsi, Ərdəbil imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Xəritəyə baxıb İranı şirə, onun Gorus-Qafan yoluyla nəqliyyat dəhlizini quyruğa bənzətsək, Amili həzrətlərinin nə demək istədiyi aydın olur.
Amili xütbəsində Azərbaycana dəstək verən Türkiyə və Pakistanı da hədələyib.
Xaməneinin sözçüsünün bu hədə-qorxusundan sonra Azərbaycan xüsusi xidmət orqanları "Şirin ölkəmizdəki bütün quyruqlarını" kəssə pis olmaz.




Facebook'da Paylaş