Xoyda tanınmış jurnalist həbs olunub

10-09-2021, 20:00

Xoyda tanınmış jurnalist həbs olunub

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində foto-müxbir kimi çalışan Məcid Səidi hökumət məmurları tərəfindən saxlanılıb.
Urmu şəhərinin yerli mətbuatının və sosial media qruplarının verdiyi məlumata görə, Səidi Xoy şəhərində Əfqanistan qaçqınlarının yerləşdirildiyi düşərgədə onların durumunu lentə almaq üçün Qərbi Azərbaycana səfər edib.
Təxminən iki həftə öncə həbs olunan foto-müxbirin konkret nədə ittiham olunduğu və harada saxlanıldığı barədə heç bir məlumat verilməyib.
Tanınmış foto-müxbir Alfred Yəqubzadə özünün şəxsi “instaqram” hesabında bununla bağlı paylaşım edib.
“Məcid Səidi bütün lazım olan icazələri aldıqdan sonra İran-Türkiyə sərhəddində əfqanistanlı qaçqınların durumundan reportaj hazırlamaq üçün bölgəyə səfər etmişdi”-deyə, o, həmkarının həbsinin qanunsuz olduğunu bildirib.




Facebook'da Paylaş