Sərhədimizi pozan Rusiya vətəndaşı saxlanıldı

3-08-2021, 12:11

Sərhədimizi pozan Rusiya vətəndaşı saxlanıldı


Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun¬ları¬nın “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi¬sin¬də yerlə¬şən sərhəd zastavasının xidməti sahəsində dövlət sər¬hədi¬nin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” koman¬dasına qaldırılaraq ərazi qapadılıb.
DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonu¬nun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağla¬manı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıb.
Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəl¬lüd¬lü Məmiyev Teymur Adil oğlu olmaları müəyyən¬ləş¬diril¬ib, onların götürdükləri bağlamalara keçirilən baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.




Facebook'da Paylaş