DSX-dən erməni təxribatına CAVAB

25-05-2021, 20:56

DSX-dən erməni təxribatına CAVAB


Dövlət Sərhəd Xidməti Ermənistan-Azərbaycan dövlət sərhədində Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə yaydığı məlumata münasibət bildirib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib ki, 25 may 2021-ci il tarixində Ermənistan ilə dövlət sərhədində Azərbaycan sərhədçiləri tərəfindən qarşı tərəfə atəş açılmayıb.




Facebook'da Paylaş