Yevlaxda şəhid İldırım Ağayevin xatirəsi anılıb

2-05-2021, 07:41

Yevlaxda şəhid İldırım Ağayevin xatirəsi anılıb


Torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Yevlax sakini Ağayev İldırım Qafqaz oğlunun doğum günü məzarı yanında qeyd edilib.
Mərasim iştirakçıları pandemiya dövrünün qaydalarına uyğun olaraq şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra şəhidin evində valideynləri və ailəsi ilə birlikdə onun keçdiyi şərəfli döyüş yolundan, Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb. Bildirilib ki, İldırım Ağayev 2020-ci il noyabrın 7-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra Azərbaycan Prezidentinin Sərəncamları ilə "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.




Facebook'da Paylaş