Əzizov İbrahim Şaməddin oğlu 1997-ci il dekabrın 26-da Cəlilabad rayonu Soltankənd kəndində anadan olub. 2004-cü ildə Soltankənd tam orta məktəbinə daxil olur, 2015-ci ildə məzun olur. 2016-cı il yanvarın 16-sı komissarlıq tərəfindən hərbi xidmətə çağırılıb. Həqiqi hərbi xidmətini Naxçıvanda keçib. Xidməti bitirəndən sonra 2018-ci ildə ailə qurub. Ailədə 6 uşaq olublar. 2020-ci il sentyabrın 21-i komissarlıq tərəfindən səfərbərliyə cəlb olunub. Füzuli istiqamətində döyüşüb, Füzuli və Qubadlının azad olunmasında iştirak edib.
Döyüş yoldaşlarının dediyinə görə, İbrahim yaralı komandirini və silahdaşlarını döyüş meydanından uzaqlaşdıraraq xilas edib. Deyilənə görə, bir dəfə bilmədən arxa tərəfdən İbrahimgilə atəş açırmışlar, hər kəs yerə yatıb. Ancaq İbrahim güllələrin önünə özünü ataraq Azərbaycan əsgəri olduqlarını deyib. Tanışları deyir ki, o sakit təbiətli və bir o qədər də qorxmaz idi.
İ. Əzizov noyabrın 8-i saat 4-5 radələrində Şuşanın Daşaltı kəndində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Noyabrın 16-sı Cəlilabadın Soltankənd kəndində dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin və Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin Vətənə əmanət Nuray adlı bir qız övladı var.
Allahdan bütün Şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirik.
Günel ABBAS