Aprel döyüşləri ilə bağlı Ermənistan parlamentində qalmaqal

3-04-2021, 11:41

Aprel döyüşləri ilə bağlı Ermənistan parlamentində qalmaqal


Ermənistanda 4 günlük Aprel döyüşlərinin 5 illiyi ilə əlaqədar MM-in yaratdığı Komissiyanın hazırladığı məruzə ətrafında qalmaqal yaranıb.
4 günlük savaşın 44 günlük məğlubiyyətlə bağı olduğunu və Azərbaycanla müharibənin mümkün nəticələri ilə bağlı gerçəklərin ictimaiyyətə açıqlanmasını istəmirlər. Səbəbi isə o vaxtkı hakimiyyətin aprel döyüşlərindən dərs almamasıdır.
Komissiya bu nəticəyə gəlibmiş ki, Ermənistan işğal etdiyi torpaqları boşaltmalıdır. Azərbaycanla müharibə aparmaq Ermənistanı ağır məğlubiyyətə düçar edəcək. MM sədrinin müavini Ş. Koçaryan məruzənin bəzi bölümlərinin açıqlanması tərəfdarıdır. O vaxtkı hakimiyyət erməni xalqına xəyanət edib. 4 günlük savaş haqqında əsil həqiqətləri xalqa açıqlasaydı kapitulyasiya ilə nəticələnən 2020-ci il məğlubiyyəti olmazdı. Erməni dövlətinin müəyyən qanadı Azərbaycan və Türkiyəyə qarşı əvvəlki siyasəti davam etdirsələr Ermənistan dövlətçiliyi təhlükəyə düşəcək. O, bu fiklirlərə 4 günlük savaşla bağlı və son müharibənin gətirdiyi nəticələri təhlil edərək gəldiyini bildirib.
Çox maraqlıdır ki, Azərbaycanla əməkdaşlıq etmək və Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımaqla bağlı irəli sürülən mövqelər daha top- tüfənglə qarşılanmır. Erməni cəmiyyəti anlamağa başlayır bizim gücümüzü?




Facebook'da Paylaş