“Aprel döyüşlərinin Türk hərb tarixində xüsusi yeri var”

5-04-2019, 14:36



Aprel döyüşləri Azərbaycanın hərbi-siyasi gücünü ortaya qoydu.
Bu sözləri "SinerjiPro"nın rəhbəri Ufuk AYDIN bildirib. “Aprel döyüşlərində Azərbaycan Ermənistanın təxribatına yüksək səviyyədə cavab verdi. Döyüşlər Azərbaycan ordusunun hərbi gücü ilə yanaşı, siyasi-diplomatik qələbəsini şərtləndirdi. Azərbaycan döyüşlərdə igid övladlarını itirdi, qazilərimiz oldu. İgid əsgərlərimiz düşmənin illərdir ki, özü haqqında yaratdığı “qalib” qalib obrazını darmadağın etdilər. Üstəlik, dünya birliyi Azərbaycan xalqının öz torpaqları uğrunda ölməyə hazır olduğunun şahidi oldu. Deyərdim ki, aprel döyüşlərinin Türk hərb tarixində xüsusi yeri var. Strateji postlar Azərbaycan ordusunun nəzarəti altına keçdi. Bu gün Azərbaycan əsgərləri düşmənin strateji yerlərini nəzarət altında saxlayır. İnşallah gec-tez Qarabağ torpaqları azad olunacaq. Çünki min illərdir ki, Qarabağ torpaqlarında Azərbaycan türkləri yaşayıb. Bundan sonra dayaşayacaq”.




Facebook'da Paylaş