ATƏT - in "müşahidə"çilərinə cavab

17-04-2018, 21:39




 Mən uzun illərdir Rusiya Federasiyasında yaşayıram və bu ölkənin vətəndaşıyam. Lakin hər zaman doğma Vətənim olan Azərbaycanda baş verən hadisələri , burada gedən prosesləri yaxından izləyirəm . 11 aprel tarixində keçirilən prezident seçkisi də Azərbaycanımız üçün önəm kəsb etdiyi kimi biz azərbaycanlıların da diqqət mərkəzində idi.Bununla bağlı şəxsi fikirlərimi sizinlə bölüşmək istədim.

ATƏT -in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun ''müşahidəçi '' qismində iştirakından sonra açıqladığı qərəzli fikirlərini şiddətlə qınayaraq öz kəskin etirazımı bildirirəm. Belə ki , biz hər zaman ATƏT - in ölkəmizə qarşı haqsız və ədalətsiz münasibətinin dəfələrlə şahidi olmuşuq . 26 Ildir ki , ATƏT -in və Minsk qrupunun iş yarıtmaz fəaliyyəti səbəbindən Dağlıq Qarabağ probleminin həlli məsələsi Ermənistan tərəfin xeyrinə qalır və Ermənistan öz işğalçı siyasətini beləcə davam etdirir . Biz isə hər dəfəsində ATƏT - dən də Minsk qrupundan da qətiyyətli addımlar gözləmişik. Nəticə isə göz önündədir. Azərbaycan dövləti hər zamankı kimi humanistliyini qoruyaraq ATƏT - i Demokratik Təsisatlar və Insan Hüquqları Bürosu (DTIHB) ilə əməkdaşlığa dəyər verərək ölkədə keçirilən prezident və parlament seçkilərinə müşahidə etmək üçün dəvət etmişdir. Məqsədimiz isə keçirilən seçkilərdə seçki şəffaflığının nümayişi və bununla yanaşı qrumun obyektiv fikir bölgüsü olub. Təəssüf olsun ki , ATƏT Qarabağ məsələsinə hansı prizmadan yanaşmışdısa , seçkilərə də o prizmadan yanaşdı. Hər zaman olduğu kimi obyektiv qiymət verməyi bacarmadı. Aprel ayının 11 də keçirilən prezident seçkisinin nəticəsi və yekunu ilə bağlı ATƏT- in ədalətsiz və qərəzli qərarı təqdim etdikləri ilkin hesabatda öz əksini tapmışdır . Səngərlərdə tökülən nahaq qanlar sizin bu 26 ildə bir tərəfli aparılan siyasətinizin nəticəsidir . Qərəzinizi , kininizi gizlədə bilməməyiniz bu gün də özünü göstərdi. Necə deyərlər halal süfrəmizə haram qatmağa çalışdıız . Onsuz da cinayətkarlar , sizin kimi yanlış mövqe göstərən günahkarlar etdiklərinə görə tarix qarşısında gec ya da tez cavab verəcək. Tanrı Azərbaycanımızı mövqesiz , əqidəsiz , dost kimi görünən düşmənlərimizdən qorusun...

Hörmətlərimlə BDAT - nın prezidenti Sərraf Kərimov...




Facebook'da Paylaş