Zəfər muzeyi ilə bağlı müraciət

18-01-2021, 18:01

Zəfər muzeyi ilə bağlı müraciət

Mədəniyyət Nazirliyi hər kəsi Zəfər muzeyinin fondunun yaradılması ilə bağlı dəstək göstərməyə çağırıb:

"Fondun təşkil edilməsi məqsədilə Vətən müharibəsində iştirak etmiş hərbçilərə, həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyaları olan vətəndaşlarımızdan 18 yanvar 2021-ci il tarixindən başlayaraq həmin nümunələri, pandemiya ilə əlaqədar tətbiq olunan sanitar-epidemioloji və karantin qaydalarına riayət etməklə, Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsini xahiş edirik"!
Ünvan: Azərbaycan İstiqlal Muzeyi. Bakı şəhəri, Muzey Mərkəzi, Neftçilər Prospekti 123a
Maraqlanan şəxslər Aida Axundova (012) 498-83-51, (050) 546-33-32 ilə əlaqə saxlaya bilərlər.




Facebook'da Paylaş