Bülbülün dağıdılmış ev-muzeyi

9-01-2021, 12:26

Bülbülün dağıdılmış ev-muzeyi

İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti öz "İnstagram" səhifəsində Azərbaycanla bağlı növbəti paylaşım edib.


Fotoqraf Şuşa şəhərində görkəmli Azərbaycan opera müğənnisi Bülbülün dağıdılmış ev-muzeyini ziyarət edib.
O, öz paylaşımında bu ev-muzey barədə 1992-ci ildə Şuşa ermənilər tərəfindən işğal olunandan sonra heç bir məlumatın olmadığını qeyd edib.
Fotoqraf Bülbülün ev muzeyinə girəndə şoka düşdüyünü vurğulayıb. O bildirib ki, muzeyin içərisində hər şey qarət olunub, Bülbülün heykəlinin isə gözləri çıxarılıb.




Facebook'da Paylaş