Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub

28-02-2022, 12:00

Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulağın açılışı olub

Cəlilabdda Vətən müharibəsi şəhidinin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub.

Ordum.az-ın məlumatına görə, açılışda rayon sakinləri və şəhidin yaxınları iştirak edib.

Şəhid Əkram Azad oğlu Abdullayev 1998-ci ildə Cəlilabad rayonunun Qarakazımlı kəndində anadan olub. O, 2016-ci ildə şəhid Murad Muradov adına orta məktəbi bitirdikdən sonra, 2017-ci ildə hərbi xidmətə çağırılıb və 2019-cu ildə hərbi xidmətini başa vurub.

Ə.Abdullayev 2020-ci ildən Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etməyə başlayıb.

Cəsur kəşfiyyatçı Əkram Abdullayev Cəbrayıl, Füzuli, Laçın və Qubadlı döyüşlərində fəal iştirak etmiş və Laçın istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!




Facebook'da Paylaş