Gəncədə Vətən müharibəsi şəhidinin adına olan küçədə barelyefi açılıb

11-02-2022, 13:28

Gəncədə Vətən müharibəsi şəhidinin adına olan küçədə barelyefi açılıb

Vətən müharibəsində şəhid olan Mirhüseyn Seyidzadənin doğum günündə adına olan küçədə barelyefinin açılışı olub

Ordum. az-ın məlumatına görə, mərasimdə şəhidin yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, şəhər sakinləri, qazilər və hərbçi yoldaşları iştirak ediblər.

Mərasimdə iştirak edənlər bildiriblər ki, Mirhüseyn Seyidzadə Vətən müharibəsində Laçın, Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərib. Misilsiz xidmətləri olan M.Seyidzadə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Gəncə şəhər Əttarlar küçəsinin Nizami Gəncəvi prospekti ilə kəsişməsindən Eldəniz Həsənov küçəsi ilə kəsişməsinədək olan hissəsi şəhid Mirhüseyn Seyidzadənin adını daşıyır.

Ali Baş Komandan, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla M.Seyidzadə “Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalı və “İkinci dərəcəli Vətənə xidmətə görə”, 3-cü dərəcəli “Rəşadət” ordenləri ilə təltif edilib.




Facebook'da Paylaş