Rəşad Dağlının oğlunun adından pul yığanları hansı cəza gözləyir?- Ekspert açıqladı

16-11-2022, 09:29


Rəşad Dağlının oğlunun adından pul yığanları hansı cəza gözləyir?- Ekspert açıqladı

Rəşad Dağlının oğlunun adından pul yığanları hansı cəza gözləyir?- Ekspert açıqladı

Hər birimiz real həyatda, xüsusilə sosial şəbəkələrdə təhlükə yarada biləcək, xoşagəlməz vəziyyətlərlə qarşılaşırıq. Bəs sözügedən saxta hesablara, özlərini başqa biri kimi tanıdıb maddi ziyan vurmağa çalışan istifadəçilərə qarşı hansı tədbirlər görülməlidir? Elə bu yaxınlarda həbs olunmuş meyxanaçı Rəşad Dağlının ailəsinə qarşı edilən dələduzluq hadisəsinə nəzər yetirək. Belə ki, meyxanaçının oğlu Yusifin adı ilə TikTok hesabı açan naməlum şəxslər insanlardan kömək üçün pul yığıblar. Bu cür məsələlərlə bağlı qanunla hansı cəzalar gözlənilir? Sualımızı media hüquqşünası Ələsgər Məmmədliyə ünvanladıq.

O, bunun cinayət məsuliyyəti yaradan əməl olduğunu vurğuladı:
“Əgər belə bir hadisə baş veribsə, bu hüquqi baxımdan açıq şəkildə etibardan və şəxsin adından sui-istifadə etmək deməkdir. Əgər külli miqdarda olubsa, təbii ki, daha da sərt cəzalar tətbiq olunacaq. Ümumiyyətlə, cinayət məcəlləsində dələduzluq maddəsi var. Dələduzluq etibardan sui-istifadədir. Yəni şəxsin özü iştirak etmədiyi üçün onun adından istifadə olunub və hadisə şəxs ona etibar etmədiyi halda baş verib. Burada baş verən əməl xuliqanlıqdı və hüquqi məsuliyyət yaradır”.
Hüquqşünas atılacaq ilk addımları da qeyd etdi:

“Adlarından sui-istifadə olunan şəxslər cinayət işinin başlanması üçün rəsmi müraciət etməlidir. Bununla yanaşı, kiber araşdırma aparılmalıdır. Bu araşdırma nəticəsində həmin şəxsin kimliyi,onun əməli necə həyata keçirdiyi məlum olacaq. Bundan sonra isə təqsirkar şəxs cinayət məsuliyyətinə cəlb olunmalıdır”.
Gülay Məmmədova,
BDU Jurnalistika fakültəsinin tələbəsi




Facebook'da Paylaş