Vətən müharibəsi şəhidi Gəncədə anılıb

28-10-2021, 15:25

Vətən müharibəsi şəhidi Gəncədə anılıb

Gəncədə Vətən müharibəsi şəhidi baş leytenant Rauf Əsgərovun anım mərasimi keçirilib.

Ordum.az məlumatına görə, Gəncə şəhər Şəhidlər Xiyabanında keçirilən anım mərasimində, Şəhidin yaxınları ilə yanaşı, şəhər ictimaiyyəti, rəsmi şəxslər, qazilər və hərbiçi yoldaşları iştirak ediblər. Onun məzarı üzərinə güllər düzülüb, ruhuna dualar oxunub,

Mərasimdən şəhidin döyüş yolundan onun müharibə zamanı göstərdiyi şücaətlərindən bəhs edilib.

Qeyd edək ki, Rauf Əsgərov 1978-ci il noyabrın 2-də Gəncə şəhərində anadan olub.

Rauf Əsgərov 2006-2008-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun baş leytenantı olan Rauf Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

O, oktyabrın 26-da Füzuli döyüşləri zamanı əsgərini neytral zonadan təxliyə edən zaman qəhrəmanlıqla şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Ali Baş Komandan, Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Rauf Əsgərov ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.




Facebook'da Paylaş