Tibb Kollecində "Narkomaniya və tütündən istifadəyə qarşı" maarifləndirmə tədbiri keçirildi.
Tibb Kollecində "Narkomaniya və tütündən istifadəyə qarşı" maarifləndirmə tədbiri keçirildi.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin
İnkişafı" İctimai Birliyi tərəfindən keçirilən və Şəhidlərimizin əziz xatirəsinə bir dəqiqəlik sükutla başlayan tədbirdə giriş sözü ilə çıxış edən 2 saylı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, narkomaniyaya qarşı maarifləndirmə tədbirlərinin tələbələr üçün əhəmiyyətini, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən, tütündən istifadənin xüsusilə gənc nəslin sağlamlığına zərərləri barədə son məlumatını qeyd etdi və gənclərə hər zaman sağlam həyat tərzini seçmələrini arzuladı.
Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, narkomaniya və zərərli vərdişlərə
qarşı ölkəmizdə aparılan maarifləndirmə tədbirlərində dövlət qurumları ilə yanaşı
qeyri-hökumət təşkilatları,media və ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi.Dövlətimiz tərəfindən vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan bəhs edən QHT sədri, cəmiyyətimizin fəal üzvləri kimi tələbələri, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərimizə verdiyi dəyərli tövsiyyələrə əməl
etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı qətiyyətli mübarizəyə dəvət etdi.
Tədbirdə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və Yasamal rayon İcra Hakimiyyətinin Narkomaniya ilə mübarizə üzrə Komissiyasının məsul katibi Rasim Əliyev, Azərbaycan Prezidentinin
imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı və təmsil etdikləri qurumların bu istiqamətdə fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verdilər.
Çıxış edən tədbir iştirakçıları ölkə
rəhbərliyinə, gənclərə göstərilən qayğı və etimada görə minnətdarlıqlarını
ifadə etdilər.
Maarifləndirici bukletlərin paylandığı tədbirin sonunda Bakı Uşaq və Gənclər Teatrının təqdimatında narkomaniya faciəsindən bəhs edən "Həyatla Oyun" tamaşası göstərildi.
Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri
Facebook'da Paylaş