Bakı Baza Tibb Kollecində tədbir keçirilib

23-11-2022, 23:20

Bakı Baza Tibb Kollecində tədbir keçirilib

Tibb Kollecində "Narkomaniyaya və zərərli vərdişlərə qarşı"
maarifləndirmə tədbiri keçirildi.


QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Miqrasiya Sahəsinin
İnkişafı" İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində növbəti tədbir 2
saylı Bakı Baza Tibb Kollecində keçirilib.

Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, narkomaniya və zərərli vərdişlərə
qarşı ölkəmizdə aparılan mübarizə və maarifləndirmə işlərində, dövlət qurumları ilə yanaşı
ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd edib.Ölkəmizdə
vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan və
gənclərimizin elm, idman və başqa sahələrdə qazandıqları nailiyyətlərdən bəhs edən QHT
sədri, cəmiyyətimizin fəal üzvləri kimi tələbələri, Azərbaycan Prezidenti İlham
Əliyevin bu il Gənclər Günündə gənclərimizə verdiyi dəyərli tövsiyyələrə əməl
etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı qətiyyətli mübarizəyə
səslədi. Tədbirdə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK)
İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Azərbaycan Prezidentinin
imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında
məlumat verdi,həmçinin slaydlardan istifadə edərək, mövzu barədə ətraflı
çıxış etdi və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin iştirakçıları ölkə
rəhbərliyinə, gənclərə göstərilən qayğı və etimada görə minnətdarlıqlarını
ifadə edən tədbir iştirakçıları, tədbirin təşkilinə görə NMDK İşçi Qrupu, QHT-lərə
Dövlət Dəstəyi Agentliyi və Tibb Kollecinin rəhbərliklərinə təşəkkürlərini
bildirdilər.


Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı” ictimai birliyinin sədri




Facebook'da Paylaş